Xəbərlər

Fransa və İngiltərə Ukraynaya Rusiya dərinliklərinə zərbələr endirməyə icazə verib

Fransa və Böyük Britaniya Ukraynaya Rusiya dərinliklərinə zərbələr endirməyə icazə verib.

“Füyuzat”ın məlumatına görə, bu barədə Fransanın “Le Figaro” nəşri məlumat yayıb.

Nəşrin məlumatına görə, Paris və London Kiyevə öz SCALP və “Storm Shadow” raketləri ilə hücumlar etməyə icazə verib.

Bundan əvvəl Amerika mediası ABŞ Prezidenti Co Bayden administrasiyasının Ukraynanın Rusiya ərazisinin dərinliklərinə zərbələr endirmək üçün Birləşmiş Ştatların verdiyi silahlardan istifadə etməsinə mane olan məhdudiyyətləri aradan qaldırdığını bildirib.

Mənbələrin bildirdiyinə görə, ilk zərbələrin 306 km-ə qədər mənzili olan ATACMS raketlərindən istifadə edilməklə həyata keçiriləcəyi ehtimal edilir.