“Avropa İttifaqının (Aİ) dünya üzrə naviqasiya azadlığını məhdudlaşdırmaq və İranın mülki donanmasına qarşı sanksiya tətbiq etmək hüququ yoxdur”.
“Füyuzat”ın məlumatına görə, bunu İran İslam Respublikasının xarici işlər naziri Abbas Əraqçi deyib.
“Ukrayna Prezidenti Volodimir Zelenski şəxsən təsdiqlədi ki, İran Rusiyanı ballistik raketlərlə təmin etməyib. Buna baxmayaraq, Aİ İranın aviadaşıyıcılarını hədəf almaqla aviaşirkətin sərnişinlərinə qarşı tətbiq etdiyi qeyri-təbii sanksiyaları ləğv etməkdən imtina edir. İndi Aİ gəmiçilik şirkətlərimizə hücum etmək üçün eyni əsassız bəhanədən istifadə edir. Brüsselin bu davranışına heç bir hüquqi və məntiqi əsas yoxdur”, – Əraqçi vurğulayıb.