Xəbərlər

Türkiyə HƏMAS rəhbərliyinin ölkəyə köçməsi ilə bağlı xəbərləri təkzib edib

“HƏMAS hərəkatının siyasi qanadının nümayəndələrinin Türkiyəyə köçməsi ilə bağlı xəbərlər həqiqətə uyğun deyil”.

“Füyuzat”ın məlumatına görə, bu barədə “NTV” telekanalı diplomatik mənbələrə istinadən məlumat yayıb.

“HƏMAS nümayəndələri vaxtaşırı Türkiyəyə səfər edirlər, lakin hərəkatın Siyasi Bürosunun ölkəyə köçürülməsi ilə bağlı iddialar düzgün deyil”, – məlumatda bildirilib.