Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 11 milyard 407,1 milyon manat dəyərində kənd təsərrüfatı məhsulu istehsal edilib.
“Füyuzat”ın məlumatına görə, bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.
Qeyd edilib ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1 % çoxdur.
Son bir ildə ölkədə istehsal olunmuş bitkiçilik məhsullarının dəyəri 0,5 % artaraq 5 milyard 866,9 min manat, heyvandarlıq məhsullarının dəyəri isə 1,5 % artaraq 5 milyard 540,2 milyon manat olub.
Bu il noyabrın 1-nə qarğıdalı daxil olmaqla tarlalardan 3 milyon 195,9 min ton (ötən ilin eyni dövrünə nisbətən 0,7 %) çox dənli və dənli paxlalı bitki, 1 milyon 785,6 min ton (1,8 % çox) tərəvəz, 1 milyon 118,2 min ton (3,1 % çox) meyvə və giləmeyvə, 914,5 min ton (7,6 % az) kartof, 490 min ton (11,8 % çox) bostan məhsulları, 200,6 min ton (7,8 % az) üzüm, 164,5 min ton (31,5 % çox) şəkər çuğunduru, 139,5 min ton (17,4 % az) pambıq, 31,1 min ton (6,3 % çox) günəbaxan, 5 milyon 588,1 ton (34 % çox) tütün, 1 milyon 41,7 ton (5,5 % az) yaşıl çay yarpağı yığılıb.
10 ay ərzində diri çəkidə 491,4 min ton ət, 1 milyon 880,3 min ton süd, 1 milyon 917,6 milyon ədəd yumurta, 14,8 min ton yun, 239,4 ton barama istehsal olunub. İllik müqayisədə ət istehsalı 1,2 %, süd istehsalı 0,8 %, yumurta istehsalı 4,6 % artıb, yun istehsalı 2,1 %, barama istehsalı 32,9 % azalıb.