Xəbərlər

Vanq Yi: Çin Rusiya ilə ŞƏT çərçivəsində əməkdaşlığı inkişaf etdirməyə hazırdır

“Çin öz fəaliyyətini yeni səviyyəyə qaldırmaq üçün Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) çərçivəsində Rusiya ilə fəal qarşılıqlı fəaliyyətə hazırdır”.

“Füyuzat”ın məlumatına görə, bunu Çinin xarici işlər naziri Vanq Yi G20 sammiti çərçivəsində rusiyalı həmkarı Sergey Lavrovla görüşündə deyib.

“Çin ŞƏT-də sədrliyi öz üzərinə götürüb və ŞƏT-in gələcək inkişafına kömək etmək, onu yeni səviyyəyə çatdırmaq üçün Rusiya ilə sıx əməkdaşlığa hazırdır”, – Vanq Yi vurğulayıb.