Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreş Haitidə şiddətlənən zorakılıqdan narahatlığını ifadə edib.
“Füyuzat”ın məlumatına görə, bu barədə “TRT Haber” məlumat yayıb.
Quterreş qeyd edib ki, “siyasi prosesə keçid” sürətləndirilməlidir.
BMT Baş katibinin sözçüsü Stefan Quterreş adından verdiyi yazılı açıqlamada bildirib: “Haitidə şiddətin artmasından Baş katib narahatdır. Bunun nəticəsində paytaxt Port-au Prensdə silahlı quldur dəstələri güc əldə edib”.