Xəbərlər

Laos və ABŞ əlaqələri dərinləşdirmək niyyətindədir

Laos və ABŞ-ın müdafiə nazirliklərinin rəhbərləri Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyası (ASEAN) və ABŞ arasında tərəfdaşlığın inkişafı çərçivəsində 2 ölkə arasında əlaqələri dərinləşdirmək niyyətində olduqlarını bildiriblər.

“Füyuzat”ın məlumatına görə, bu barədə “Vientiane Times” qəzeti məlumat yayıb.

“Tərəflər regionda sülh və təhlükəsizliyin təşviqinə, həmçinin Laos ilə ABŞ arasında əlaqələrin möhkəmləndirilməsinə sadiq olduqlarını bir daha təsdiq ediblər. Görüş zamanı Laos ABŞ-ı ASEAN təşəbbüslərinə əlavə dəstək verməyə çağırıb”, – məlumatda bildirilib.

Qeyd edək ki, ABŞ-ın müdafiə naziri, ASEAN-ın müdafiə nazirləri dialoq üzrə tərəfdaşlarının 11-ci toplantısında iştirak etmək üçün Laosdadır.