Ursula fon der Leyenin rəhbərliyi ilə Avropa Komissiyası 2024-cü il dekabrın 1-də yenilənmiş tərkiblə işə başlamağa hazırlaşır.
“Füyuzat”ın məlumatına görə, bu barədə Almaniya mətbuatı məlumat yayıb.
Bildirilir ki, Avropa Parlamentindəki siyasi qrupların liderləri Avropa Komissiyasının yenilənmiş tərkibi məsələsində razılığa gələ biliblər.
Parlamentin plenar iclasında yekun səsvermə noyabrın 27-də Strasburqda keçiriləcək. Məhz bu iclasda yeni Avropa komissarlarının namizədliyi rəsmən təsdiqlənəcək və bundan sonra qurum öz işinə başlaya biləcək.