Ermənistan Xarici İşlər Nazirliyi transsərhəd su ehtiyatlarının idarə edilməsində Azərbaycanla əməkdaşlıq iddialarını təkzib edib.
“Füyuzat”ın məlumatına görə, bu şərh “Sputnik Ermənistan”ın ABŞ-ın Bakıdakı səfiri Mark Libbinin açıqlamaları ilə bağlı sorğusuna cavab olaraq verilib.
Daha əvvəl Libbin bildirib ki, Ermənistan və Azərbaycan mütəxəssisləri transsərhəd çayların ehtiyatlarının idarə olunmasının kompleks sxeminin yaradılması üzərində birgə işləyirlər. Lakin Ermənistan Xarici İşlər Nazirliyi bu məlumatı təkzib edib.