Xəbərlər

NATO Kiyevə yardımın məqsədlərini açıqlayıb

“NATO-ya üzv dövlətlər Ukraynaya yardımı xeyriyyə məqsədilə deyil, öz strateji maraqları naminə edir”.

“Füyuzat”ın məlumatına görə, bunu alyansın baş katibinin müavini vəzifəsini icra edən Boris Ruge deyib.

“Biz Ukraynanı dəstəkləməyə davam etməliyik. Bu qərar
mərhəmət məsələsi olduğu üçün deyil, NATO-nun strateji maraqlarına uyğun olduğuna görə qəbul edilib ki, Ukrayna suveren və müstəqil bir dövlət kimi güc əldə etsin. Ətrafımızdakı dünya nə dinc, nə də sabitdir. Hazırda NATO-nun 10 gün ərzində alyansın şərq cinahında və ya başqa yerlərdə yerləşdirilə bilən yüz minlərlə əsgəri var”, – Ruge əlavə edib.