“ABŞ ilə müxtəlif səviyyələrdə aparılan danışıqlar yalnız Vaşinqtonun Pxenyana qarşı düşmənçilik siyasətinin dəyişməzliyini göstərdi”.
“Füyuzat”ın məlumatına görə, bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi Şimali Koreya lideri Kim Çen İnin sözlərindən sitat gətirib.
“ABŞ ilə danışıqlarda biz mümkün qədər irəli getdik, lakin nəticələr bizi fövqəldövlətin dinc yanaşı yaşamaq istəyinə deyil, onun daimi düşmənçilik, aqressiv siyasətinə və ardıcıl qərəzli mövqeyinə apardı”, – Kim Çen İn Pxenyanda silah sərgisinin açılışında çıxış edib.