Xəbərlər

Peskov: Rusiyanın miqrantlara ehtiyacı var

“Ölkəmizin dinamik inkişafı üçün Rusiyaya başqa ölkələrdən əmək miqrantları lazımdır”.

“Füyuzat”ın məlumatına görə, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov “RİA Novosti” agentliyinə müsahibəsində deyib.

“Miqrantlar ehtiyacdır. Fakt budur ki, bizdə çox gərgin demoqrafik vəziyyət yaranıb. Biz dünyanın ən böyük ölkəsində yaşayırıq, amma bizim sayımız azdır. Dinamik inkişaf etməyimiz və bütün inkişaf planlarımızı həyata keçirməyimiz üçün işçilərə ehtiyacımız var”, – Peskov əlavə edib.