“Hazırda bütün dünya Ukrayna münaqişəsi ilə bağlı ən narahat dövrünü yaşayır, lakin ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın vədləri ilə əlaqədar biz bu münaqişənin həll edilməsində ümidliyik”.
“Füyuzat”ın məlumatına görə, bunu Macarıstanın Baş naziri Viktor Orban “Kossuth” radiostansiyasının proqramında çıxışı zamanı deyib.
“Hərbi nöqteyi-nəzərdən vəziyyət aydındır: Birləşmiş Ştatlar Ukraynanı tərk edərsə, Avropa təkbaşına Ukraynaya dəstək verə bilməyəcək”, – Orban əlavə edib.