“Belçika Xarici İşlər Nazirliyi (XİN) Ukraynadakı münaqişədə piyada əleyhinə minalardan istifadənin əleyhinədir”.
“Füyuzat”ın məlumatına görə, bu barədə XİN məlumat yayıb.
“Belçika Ukraynada piyada əleyhinə minalardan istifadə edilməsindən narahatdır. Piyada əleyhinə minalar münaqişə başa çatdıqdan sonra da mülki şəxslərə zərər vuran silahlardır. Belçika bu silahları qadağan edən Ottava Konvensiyasını tam dəstəklədiyini bir daha bəyan edir və bütün dövlətləri bu silahları qadağan etməyə çağırır”, – məlumatda bildirilib.