Xəbərlər

BMT: Livanda 900 minə yaxın insan evlərini tərk edib

İsrail və Hizbullah hərəkatı arasında gedən döyüşlər nəticəsində 900 minə yaxın Livan sakini evlərini tərk etmək məcburiyyətində qalıb.

“Füyuzat”ın məlumatına görə, bu barədə BMT-nin Livandakı Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisi (OCHA) məlumat yayıb.

“BMT-nin Beynəlxalq Miqrasiya Təşkilatının ekspertlərinin məlumatına görə, evlərini tərk etmiş sakinlərin sayı 896,3 min nəfər təşkil edir ki, onların da 51 faizi qadınlardır. Livanda məcburi köçkünlər üçün fəaliyyət göstərən 1173 müvəqqəti sığınacaq var, onlardan 975-i tam işğal altındadır”, – hesabatda bildirilib.