Xəbərlər

Qəzzada ölənlərin sayı 44,2 min nəfərə çatıb

2023-cü ilin oktyabrında anklavda hərbi əməliyyatlara başlayandan bəri İsrail hərbçilərinin hərəkətləri nəticəsində Qəzza zolağında 44,2 mindən çox fələstinli həlak olub. B

“Füyuzat”ın məlumatına görə, bunu Fələstin anklavının Səhiyyə Nazirliyi bildirib.

Departamentin rəsmi “Telegram” kanalında dərc olunan xülasədə deyilir:

“Ötən ilin oktyabrından Qəzzada İsrail ordusunun qurbanlarının sayı 44 211 nəfərə çatıb, daha 104 567 nəfər yaralanıb. Qəzza Səhiyyə Nazirliyi həmçinin bildirir ki, son 24 saat ərzində anklavda İsrailin bombardmanları nəticəsində 35 fələstinli ölüb, daha 94 nəfər yaralanıb”.