Koreya Respublikası Hərbi Hava Qüvvələri F-35A qırıcıları da daxil olmaqla 60-a yaxın təyyarənin iştirak edəcəyi “Uçan Qartal” təliminə başlayıb.
“Füyuzat”ın məlumatına görə, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.
Qeyd edilib ki, hazırkı təlimdə təxminən 190 hərbçi iştirak edəcək. Təlimdə həmçinin F-15K, KF-16 döyüş təyyarələri, KC-330 tanker-nəqliyyat təyyarəsi və E-737 havadan xəbərdarlıq və nəzarət təyyarəsinin iştirakı nəzərdə tutulub.
Təlim Seuldan 110 km cənubda yerləşən Cheongju aviabazasında başlayıb və noyabrın 29-dək davam edəcək.