Xəbərlər

Türkiyədə İŞİD-lə əlaqəsi olan 50-dən çox şübhəli saxlanılıb

Türkiyə xüsusi xidmət orqanları İŞİD-lə əlaqədə şübhəli bilinən 54 nəfəri saxlayıb.

“Füyuzat”ın məlumatına görə, bu barədə Türkiyə Daxili İşlər Nazirliyinin (DİN) rəhbəri Ali Yerlikaya məlumat yayıb.

“İŞİD terror qruplaşmasına qarşı 18 əyalətdə həyata keçirilən əməliyyatlar çərçivəsində 54 nəfər saxlanılıb. Saxlanılan şəxslər İŞİD-ə üzv olmaqda, terror təşkilatının yaraqlılarına yardım və sığınacaq verməkdə, eləcə də sosial şəbəkələrdə təbliğat aparmaqda şübhəli bilinirlər”, – nazir bildirib.

Verilən məlumata görə, prokurorluq həbslərlə bağlı cinayət işi açıb, məhkəmənin qərarı ilə 20 nəfər həbs edilib.