“Avropalılar Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) İsrailin Baş naziri Benyamin Netanyahuya qarşı çıxardığı qərara əməl etməyə borcludurlar, əks halda bu, Avropada ikili standartların təzahürü olacaq”.
“Füyuzat”ın məlumatına görə, bunu Avropa İttifaqı (Aİ) diplomatik xidmətinin rəhbəri Cozep Borrell Yeddilik Qrupunun (G7) xarici işlər nazirlərinin görüşündə deyib.
“BCM-in orderi alternativ deyil, “xoşuma gəlir və ya xoşuma gəlmir” yanaşması ola bilməz. Bu, öhdəlikdir.
Aİ ölkələri Rusiya prezidenti Vladimir Putinə və İsrailin Baş naziri Benyamin Netanyahuya qarşı orderi rədd edə bilməz. Mənim çağırışlarım ABŞ-a aid deyil. Birləşmiş Ştatlar fərqlidir. Onlar Roma Əsasnaməsini imzalamadılar. Amma bütün Aİ ölkələri bunu imzalayıb, ona görə də onlar üçün BCM-in əmrinə əməl etmək öhdəlikdir”, – Borrell bildirib.