“Kolumbiya Böyük Britaniya vətəndaşları üçün vizaları məcburi edəcək”.
“Füyuzat”ın məlumatına görə, bunu Kolumbiya prezidenti Qustavo Petro deyib.
“Əgər Böyük Britaniya Kolumbiya xalqı üçün viza rejimini bərpa edibsə, deməliyəm ki, qarşılıqlılıq prinsipinə əsaslanaraq, Kolumbiya hökuməti Kolumbiyaya gəlmək istəyən Britaniya vətəndaşlarından viza tələb edəcək”, – dövlət başçısı əlavə edib.
Qeyd edək ki, bundan əvvəl Böyük Britaniyanın Kolumbiyadakı səfirliyi noyabrın 27-dən etibarən kolumbiyalıların Böyük Britaniyaya səfəri zamanı viza üçün müraciət etməli olacaqları bildirib.