Meksika prezidenti Klaudiya Şeynbaum ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın Ağ Evə gəlişindən sonra Meksika ilə ABŞ arasında ticarət müharibəsinin qarşısının alınacağına əminliyini ifadə edib.
“Füyuzat”ın məlumatına görə, bunu Şeynbaum konfransda çıxışı zamanı deyib.
“Kanada-Meksika-Amerika Birləşmiş Ştatları Ticarət Sazişinə 2026-cı ildə yenidən baxılacaq. Meksika hakimiyyətinin əsas vəzifəsi “Meksika Planı”nın müddəalarına riayət etmək olacaq. Bu planın məqsədi iqtisadiyyatımızı gücləndirmək və idxalı azaltmaqdır ki, istehsal Meksikada olsun və hələ ölkəmizdə istehsal olunmayan məhsulların istehsalına nail olunsun”, – prezident qeyd edib.