İsrail Müdafiə Qüvvələri 14 aydır davam edən Yaxın Şərq münaqişəsi zamanı Hizbullah qruplaşmasının 12,5 mindən çox hədəfini vurub.
“Füyuzat”ın məlumatına görə, bu barədə “The Times of Israel” qəzeti məlumat yayıb.
“1,6 min komanda mərkəzi və mindən çox silah anbarı vurulub, həmçinin 25 mindən çox silah ələ keçirilib. Quru hücumlarında İsrail Müdafiə Qüvvələrinin 14 briqada taktiki qrupu iştirak edib və ayrıca 100-dən çox xüsusi əməliyyat həyata keçirilib. Çoxlu sayda ölən və yaralananlar var. Ölənlər arasında Hizbullahın baş katibi Həsən Nəsrullah və qruplaşmanın yüksək rütbəli rəhbərliyinin 13 üzvü də var”, – qəzet hərbiçilərin sözlərindən sitat gətirib.