Şimali Koreyanın müdafiə naziri No Qvanq Çol Koreya Xalq Demokratik Respublikası (KXDR) və Rusiya orduları arasında hərbi dostluq və əməkdaşlığı yüksək prioritet adlandırıb.
“Füyuzat”ın məlumatına görə, Çol bunu Pxenyanda Rusiyanın müdafiə naziri Andrey Belousovla görüşündə deyib.
“Hərbi dostluq və qarşılıqlı əlaqələri daim gücləndirmək və inkişaf etdirmək ordumuzun daimi mövqeyidir. Hazırda iki ölkənin hərbi idarələri arasında mübadilə və əməkdaşlıq, o cümlədən yüksək səviyyəli nümayəndə heyətlərinin mübadiləsi sürətlə aparılır. Rusiya müdafiə nazirinin KXDR-ə rəsmi səfəri iki ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsinə və təhlükəsizliyinin təmin edilməsinə kömək edən, dostluğu stimullaşdıran faydalı və konstruktiv təkliflərin mübadiləsində əsas məqam rolunu oynayır”, – müdafiə naziri vurğulayıb.