Xəbərlər

KİV: Polşa və NATO Rusiya ilə sərhəd yaxınlığında taktiki təlimlərə başlayıb

“Polşanın Varm-Masuriya voyevodalığında, Rusiya Federasiyası ilə sərhəddən 70 km aralıda yerləşən Orşi poliqonunda keçirilən TUMAK-24 taktiki təlimində Polşa ordusu və NATO bölmələrinin 2,5 mindən çox hərbi qulluqçusu iştirak edir”.

“Füyuzat”ın məlumatına görə, bu barədə PAP agentliyi məlumat yayıb.

Onun sözlərinə görə, təlimlər dekabrın 2-dək davam edəcək.

Manevrlərə 850 texnika cəlb olunub. Təlimlərdə Polşa ordusu ilə yanaşı Litva hərbçiləri, həmçinin NATO-nun döyüş qrupunun əsgər və zabitləri iştirak edir.