Suriya prezidenti Bəşər Əsəd ölkədə baş verən son hadisələr fonunda Türkiyə ilə təmaslar axtarmağa başlayıb.
“Füyuzat”ın mlumatına görə, bu barədə “Türkiyə qəzeti” məlumat yayıb.
Nəşr öz mənbələrinə istinadən xəbər verir ki, Suriya lideri iki vasitəçi ilə Türkiyə hakimiyyətinə danışıqlar təklifi göndərib.
Qəzet Türkiyə hakimiyyətinin Suriya ilə münasibətləri normallaşdırmaq təşəbbüslərini xatırladıb: “İndiyə qədər Əsəd Türkiyənin ona uzatdığı əli tutmayıb”.