ABŞ dövlət katibi Entoni Blinken və Türkiyənin xarici işlər naziri Hakan Fidan arasında telefon danışığı olub. Tərəflər Suriyadakı vəziyyəti müzakirə edərək, gərginliyin azaldılması və Hələbdə mülki əhalinin təhlükəsizliyinin təmin edilməsinin vacibliyini qeyd ediblər.
“Füyuzat”ın məlumatına görə, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller məlumat yayıb.
“Blinken və Fidan Suriyada sürətlə inkişaf edən vəziyyət barədə danışıblar. Onlar Hələbdə və başqa yerlərdə gərginliyin azaldılması, mülki əhalinin həyatının və infrastrukturun qorunmasının zəruriliyini, Qəzzada həyata keçirilən humanitar səyləri və müharibənin dayandırılmasının, bütün girovların azad edilməsinin zərurətini müzakirə ediblər”, – Miller əlavə edib.