“İtaliya hökuməti yeni, 10-cu paket çərçivəsində Kiyevə silah tədarükü haqqında fərman hazırlayır”.
“Füyuzat”ın məlumatına görə, bu barədə “ANSA” mənbələrə istinadən məlumat yayıb.
“Tədarük olunan silah və hərbi texnikanın siyahısı məxfidir, lakin məlumdur ki, İtaliya artıq 2 ədəd “Samp-T” hava hücumundan müdafiə sistemi tədarük edib. Hökumət müdafiə vasitələrinə diqqət yetirir və Qərb silahlarının Rusiya Federasiyasının dərinliklərindəki hücumlarına qarşıdır”, – məlumatda bildirilib.