“NATO Ukraynanı alyansa dəvət etməyi deyil, Kiyevi silahla təmin etməyi müzakirə edir”.
“Füyuzat”ın məlumatına görə, bunu NATO-nun baş katibi Mark Rutte deyib.
“Biz bu iki gün də daxil olmaqla, hazırda ehtiyac duyulan şeyə diqqət yetirməliyik. Bu, Ukraynaya hərbi yardımın çatdırılması üçün son dərəcə vacibdir”, – Rutte əlavə edib.