“Cənubi Koreyada vəziyyət yaxın aylarda siyasi dialoq vasitəsilə və hərbçilərin iştirakı olmadan normallaşacaq”.
“Füyuzat”ın məlumatına görə, bunu ABŞ dövlət katibinin birinci müavini Kurt Kempbell deyib.
“Cənubi Koreyada son 24 saat ərzində baş verənlər gözlənilməz idi. Düşünürəm ki, indi çoxlu müzakirələr olacaq, lakin çox güman ki, hərbçilərin iştirakı ilə deyil, siyasi sferada, hakim dairələrdə olacaq. Qarşıdakı bir neçə ay Koreya Respublikası üçün çətin olacaq”, – Kempbell əlavə edib.