Xəbərlər

Reuters: İran Suriya müxalifət liderləri ilə birbaşa əlaqə qurub

“Tehran Dəməşqdə hakimiyyəti ələ keçirmiş Suriya silahlı müxalifətinin rəhbərliyi ilə birbaşa əlaqə kanallarını saxlayır”.

“Füyuzat”ın məlumatına görə, bu barədə “Reuters” agentliyinə İran rəsmisi məlumat verib.

Qeyd edilib ki, bu, İran və Suriya münasibətlərində “düşmənçiliyin qarşısını almaq” üçün lazımdır. O əlavə edib ki, İslam Respublikası Suriyanın yeni hakimiyyət orqanları ilə “dialoqa açıqdır”.

“Suriyanın yeni rəhbərliyi ilə qarşılıqlı fəaliyyət ikitərəfli münasibətlərin sabitləşdirilməsində və regionda gərginliyin artmasının qarşısının alınmasında əsas rol oynayır”, – agentliyin həmsöhbəti qeyd edib.