Prezident İlham Əliyev Gürcüstanın yeni seçilmiş Prezidenti Zati-aliləri cənab Mixeil Kavelaşviliyə təbrik məktubu göndərib.
“Füyuzat”ın məlumatına görə, təbrik məktubunda Azərbaycanla Gürcüstan arasında tərəfdaşlıq məsələləri qeyd olunub.
“İnanıram ki, ölkələrimizin və xalqlarımızın rifahı, regionumuzun sabitliyi və təhlükəsizliyinin təmin olunması, iqtisadi potensialının reallaşdırılması naminə dövlətlərarası əlaqələrimizin və strateji tərəfdaşlığımızın daha da möhkəmləndirilməsi və genişləndirilməsi istiqamətində birgə səylər göstərəcəyik”.
Dövlət başçısı Azərbaycan-Gürcüstan əlaqələrinin tarixən dostluq və mehriban qonşuluq şəraitində yaşamış, bir-birinə daim dəstək olmuş xalqlarımızın iradəsindən qaynaqlandığını vurğulayıb:
“Belə möhkəm təməllər üzərində qurulmuş, qarşılıqlı hörmət və etimada əsaslanan ikitərəfli münasibətlərimizin bu gün hərtərəfli və müvəffəqiyyətlə inkişaf etməsi bizi sevindirir”.