“Türkiyənin Suriyadakı qanuni təhlükəsizlik narahatlıqlarının qarşılanması lazımdır”.
“Füyuzat”ın məlumatına görə, bunu Avropa Komissiyasının sədri Ursula von der Leyen Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Prezident Kompleksində keçirdiyi birgə mətbuat konfransında deyib.
Suriyada Əsəd rejiminin devrilməsinin Suriya xalqı üçün yeni ümidlər vəd etdiyini bildirən fon der Leyen bunun özü ilə risklər gətirdiyini də vurğulayıb.
“Yerdə son dərəcə kövrək və qeyri-sabit bir vəziyyət var. Ona görə də bu mövzuda baş verənləri yaxından izləyirik. Suriya xalqının dinc bir keçid dövrünə ehtiyacı var. Bu keçid dövrü ölkəni qoruyacaq bir keçid dövrüdür. Ərazi bütövlüyü və suverenliyi eyni zamanda dövlət qurumlarının da onu qoruyacaq bir dövr olmalıdır”, – Leyen qeyd edib.