Xəbərlər

Cənubi Koreya ordusu PUA-lardan müdafiə olunmaq üçün təlimlər keçirəcək

“Cənubi Koreya ordusu dekabrın 19-da şərti düşmənin pilotsuz uçuş aparatlarına (PUA) qarşı mübarizə aparmaq üçün təlimlər keçirəcək”.

“Füyuzat”ın məlumatına görə, bu barədə Koreya Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah Rəisləri Komitəsi məlumat yayıb.

“Dekabrın 19-da günortadan sonra Silahlı Qüvvələr Birləşmiş Qərargah Rəisləri Komitəsinin rəhbərliyi altında Şimali Koreya dronlarının sızmasına cavab vermək vərdişlərini təkmilləşdirmək məqsədi ilə dördüncü təlimini keçirəcək”, – məlumatda bildirilib.