Xəbərlər

BMT Suriyada inklüziv siyasi prosesə çağırış edib

BMT Təhlükəsizlik Şurası 2254 saylı qətnamənin əsas prinsiplərinə əsaslanaraq Suriyada inklüziv siyasi prosesin həyata keçirilməsinə çağırıb.

“Füyuzat”ın məlumatına görə, bu barədə Təhlükəsizlik Şurasının yaydığı bəyanatda bildirilir.

Şura üzvləri BMT Baş katibinin Suriya üzrə xüsusi elçisi Qeir Pedersenin bu prosesin asanlaşdırılması üçün səylərini dəstəklədikləri bəyan ediblər.

Bəyanatda bütün suriyalıların qanuni arzularına cavab verən, onları qoruyan və gələcəklərini dinc, müstəqil və demokratik yolla müəyyən etməyə imkan verən prosesin zəruriliyi vurğulanıb. Şura həmçinin Suriyanın suverenliyi, müstəqilliyi, birliyi və ərazi bütövlüyünə sadiqliyini bəyan edib və bütün dövlətləri bu prinsiplərə hörmət etməyə çağırıb.