Qırğızıstan Prezidenti Sadır Japarov Adılbek Kasıməliyevin respublikanın Baş naziri təyin edilməsi haqqında sərəncam imzalayıb.
“Füyuzat”ın məlumatına görə, bu barədə Qırğızıstan liderinin mətbuat xidməti məlumat yayıb.
“Qırğız Respublikasının prezidenti Sadır Japarov sərəncam imzalayıb. Sərəncam əsasında, Adılbek Aleşoviç Kasıməliyev Qırğızıstan Respublikası Nazirlər Kabinetinin sədri – Qırğız Respublikası Prezidentinin Administrasiyasının rəhbəri təyin edilib”, – məlumatda bildirilib.
Verilən məlumata görə, Kasıməliyevin təyinatı Qırğızıstan parlamenti tərəfindən də təsdiqlənib.