Xəbərlər

KİV: İsrail Kanadadan silah tədarükünü bərpa etməyə çalışacaq

“İsrail hakimiyyəti 2023-cü ilin oktyabrında dayandırılmış Kanadadan silah tədarükünü bərpa etmək niyyətindədir”.

“Füyuzat”ın məlumatına görə, bu barədə “Globe and Mail” qəzeti İsrail Xarici İşlər Nazirliyinin (XİN) siyasi və strateji departamentinin rəhbəri Aliza Bin Nuna istinadən məlumat yayıb.

“Qəzzada hərbi əməliyyatların intensivliyi çox aşağıdır, ümid edirəm ki, biz atəşkəs və girovların azad edilməsi ilə bağlı razılaşmaya yaxınlaşırıq. İsrail Kanadadan BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyini maliyyələşdirməsini dayandırmasını istəyir. İsrail hökuməti daha əvvəl agentlik işçilərini HƏMAS ilə əlaqələrdə ittiham etmişdi”, – departamentin rəhbəri əlavə edib.