“İraq hakimiyyəti Suriyada sabitliyə nail olmaq üçün bütün tərəflərlə işləməyə davam etməyə hazırdır”.
“Füyuzat”ın məlumatına görə, bunu İraqın BMT-dəki daimi nümayəndəsi Abbas Kazem Obeid BMT Təhlükəsizlik Şurasının Suriyadakı vəziyyətlə bağlı iclasında deyib.
“Biz Suriyada sabitliyə nail olmaq üçün bütün tərəflərlə işləməyə davam etməyə hazırıq. Suriya xalqının öz müqəddəratını təyin etmək hüququ var”, – “INA” xəbər agentliyi diplomatın sözlərindən gətirib.