Xəbərlər

Ərdoğan və Makron arasında telefon danışığı olub

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Fransa Prezidenti Emmanuel Makron ilə telefon danışığı aparıb.

“Füyuzat”ın məlumatına görə, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiyalar Şöbəsindən bildirilib.

Qeyd edilib ki, görüşdə Türkiyə ilə Fransa arasındakı ikitərəfli əlaqələr, regional və qlobal məsələlər müzakirə edilib.

Prezident Ərdoğan görüşdə Suriyanın ərazi bütövlüyü və suverenliyinin qorunmasının vacib olduğunu, Fransanın Suriyadakı səfirliyini yenidən açmaq qərarından məmnun olduğunu bildirib.

Ərdoğan suriyalı qaçqınların ölkələrinə qayıtması üçün səylərə başlanıldığını, beynəlxalq ictimaiyyətin suriyalıların orada qalmalarını təmin edəcək davamlı şəraitin yaradılması, yenidənqurma və dirçəliş işlərinin aparılması üçün əməkdaşlıq etməli olduğunu bildirib.