“Avropa İttifaqı (Aİ) Ukraynadakı münaqişənin həlli üçün Çin və Braziliya ilə əməkdaşlıq etməlidir”.
“Füyuzat”ın məlumatına görə, bu barədə Slovakiyanın Baş naziri Robert Fiko jurnalistlərə müsahibəsində deyib.
“Sülh layihəsinin həyata keçirilməsində Aİ-nin münaqişənin sülh yolu ilə bağlı çox dəqiq qərar qəbul etmiş ölkələrlə daha sıx əməkdaşlıq etməsi çox vacibdir. Bu ölkələr Çin və Braziliyadır”, – o əlavə edib.