“Suriyanın yeni hakimiyyət orqanları ərəb ölkələri üçün təhlükə yaratmır”.
“Füyuzat”ın məlumatına görə, bu barədə Əsədi devirən silahlı müxalifətin lideri Əhməd əl-Şara bildirib.
“Suriya heç bir ərəb və ya körfəz ölkəsinə hücum platformasına çevrilməyəcək və onların narahatlığına səbəb olmayacaq. Bizim Dəməşqdə olmağımız heç kimə təhlükə demək deyil”, – əl-Şara qeyd edib.
O əlavə edib ki, yeni hakimiyyət Suriyanı iqtisadi inkişafın yeni səviyyəsinə çıxarmağa çalışır və əməkdaşlığa sadiqdir.
Əl-Şəranın sözlərinə görə, Dəməşq həm də qonşu Livanla qarşılıqlı dinc yaşayışa əsaslanan münasibətlər qurmaq niyyətindədir.