“Macarıstanın Ukraynadakı münaqişənin həlli üzrə sülhməramlı missiyası uğurlu alınmadı, lakin vəziyyət dəyişdi və indi hamı sülhdən danışır”.
“Füyuzat”ın məlumatına görə, bu barədə Macarıstanın Baş naziri Viktor Orban müsahibəsində bildirib.
“Ümumi mənzərə acınacaqlıdır. Əgər altı ay əvvəl biz Avropa İttifaqı Şurasının sədri vəzifəsinə başlayanda sülhdən danışmaq praktiki olaraq qadağan idisə, indi hamı sülhdən danışır”, – Orban deyib.