NATO-nun baş katibi Mark Rutte Almaniyadakı hazırkı seçki kampaniyasına qarışmaq istəmədiyini bildirib.
“Füyuzat”ın məlumatına görə, bunu Rutte mətbuata müsahibəsində deyib.
“Mən tərəf tutmuram. Həm Almaniya kansleri Olaf Şolts, həm də Almaniya Demokrat İttifaqının (CDU) lideri Fridrix Merz ilə işləyə bilərəm. Almaniyanın öz dəyərlərini bilməsi vacibdir və anlamalıdır ki, Ukrayna siyasətində kollektiv təhlükəsizlik ciddi risklərlə üzləşib”, – o əlavə edib.