“BRİCS-ə qoşulmaq Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) iqtisadi cəhətdən daha da güclənməsinə kömək edir”.
“Füyuzat”ın məlumatına görə, bunu Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) iqtisadiyyat naziri Abdullah bin Touq Əl-Marri deyib.
“BƏƏ həmişə iqtisadiyyatın gücə və böyük iqtisadiyyatlarla əlaqələrə arxalandığı bir yer olub. BRİCS-ə qoşulmaq BƏƏ-yə əlavə güc verir, həmçinin Çin və Hindistan kimi böyük iqtisadiyyatlarla əlaqələri inkişaf etdirmək üçün imkanlar yaradır”, – o əlavə edib.