Xəbərlər

KİV: Silahlı dəstələr humanitar yardımın Qəzzaya çatmasına mane olur

“Silahlı dəstələrin fəaliyyəti Qəzza zolağına humanitar yardımın çatdırılmasına mane olur”.

“Füyuzat”ın məlumatına görə, bu barədə “The New York Times” (NYT)
BMT nümayəndələri və humanitar təşkilatlar arasında olan mənbələrə istinadən məlumat yayıb.

“HƏMAS hərəkatının mövqeləri zəiflədikdən sonra anklavda yaranmış hakimiyyət boşluğunu mütəşəkkil cinayətkar qruplar doldurub. Bunun fonunda Qəzza sakinlərinə çatdırılan humanitar yardımları daşıyan yük maşınlarının talan edilməsi halları baş verir. Cinayətkarlar BMT-nin göndərdiyi humanitar yardımı daşıyan yüzlərlə yük maşınından demək olar ki, bütün ərzaqları oğurlayırlar. Bunun fonunda humanitar təşkilatlar silahlı hücumlardan ehtiyat edərək Qəzzaya ərzaq çatdırmaqdan imtina edirlər”, – məlumatda bildirilib.