“Polşada formalaşmaqda olan Ukrayna legionuna yazılan könüllülər ayrı-ayrı hərbi hissələrə paylanacaq”.
“Füyuzat”ın məlumatına görə, bunu Ukraynanın Polşadakı səfiri Vasili Bodnar deyib.
“Əvvəlcə Polşada ibtidai hərbi hazırlıq keçirilir, daha sonra döyüşçülər ixtisasından asılı olaraq müəyyən funksiyaları yerinə yetirmək üçün birbaşa ixtisaslaşdırılmış poliqonlara göndərilir və bundan sonra müvafiq hərbi hissədə formalaşdırılır”, – səfir əlavə edib.