Xəbərlər

İtaliyada İŞİD və Əl-Qaidə tərəfdarı olmaqda şübhəli bilinən 5 nəfər saxlanılıb

İtaliyanın hüquq-mühafizə orqanları ölkənin bəzi ərazilərində antiterror əməliyyatı keçirib, əməliyyat zamanı 5 əcnəbi saxlanılıb.

“Füyuzat”ın məlumatına görə, bu barədə “Rai Radio 1” məlumat yayıb.

“Təhlükəsizlik qüvvələri Bolonya, Milan, Udine və Perucada həbslər həyata keçirib. Saxlanılanlar İŞİD və Əl-Qaidə terror qruplaşmalarına dəstək vermək, terror təşkilatı yaratmaq və ya bu təşkilatda iştirak etməkdə şübhəli bilinirlər”, – məlumatda bildirilib.