Xəbərlər

Suriya DİN-i Əsəd rejiminin üzvlərini silahlarını dərhal təhvil verməyə çağırıb

Keçid hökumətinin nəzdində fəaliyyət göstərən Suriya Daxili İşlər Nazirliyi (DİN) devrilmiş Bəşər Əsəd rejiminin üzvlərini silahlarını dərhal səlahiyyətli orqanlara təhvil verməyə çağırıb.

“Füyuzat”ın məlumatına görə, bu barədə “SANA” departamentə istinadən məlumat yayıb.

“Bütün ölkədə təhlükəsizliyin və sabitliyin təmin edilməsi istiqamətində davam edən səylərimizin bir hissəsi olaraq, keçmiş rejimin üzvlərini və ya müxtəlif ərazilərdə devrilmiş rejimdən qalan silahları aşkar etmiş vətəndaşları bu silahları dərhal səlahiyyətli orqanlara təhvil verməyə çağırırıq”, – məlumatda bildirilib.