Xəbərlər

Türkiyə Hələbdə konsulluq açacaq

“Türkiyənin Hələbdə baş konsulluğu tezliklə açılacaq və Ankara Suriyanın yeni hakimiyyət orqanlarına bütün sahələrdə dəstəyini davam etdirəcək”.

“Füyuzat”ın məlumatına görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Biz Dəməşqdəki səfirliyimizi yenidən açmışıq və tezliklə Hələbdə də baş konsulluğumuzu açacıq. Biz görürük ki, Suriyanın yeni administrasiyasının lideri hakimiyyət dəyişikliyi zamanı prosesə çox yaxşı rəhbərlik edib. Suriyaya lazım olan hər şeydə dəstək olacağıq: enerjidən təhsilə və səhiyyəyə, təhlükəsizlikdən ticarətə qədər biz yeni hakimiyyətə kömək edəcəyik ki, Suriya bərpa olunsun, öz potensialını gücləndirsin və dövlət qurumlarının yenidən öz əsas vəzifələrini yerinə yetirməsinə imkan versin”, – prezident əlavə edib.