Xəbərlər

Lukaşenko Rusiyaya səfər edib

Belarus prezidenti Aleksandr Lukaşenko Müstəqil Dövlətlər Birliyi (MDB) və Avrasiya İqtisadi İttifaqının (Aİİ) sammitlərində iştirak etmək üçün Sankt-Peterburqa işgüzar səfər edib.

“Füyuzat”ın məlumatına görə, bu barədə “Belta” agentliyi məlumat yayıb.

“MDB-yə üzv dövlətlərin dövlət başçılarının ənənəvi qeyri-rəsmi görüşü dekabrın 25-də Sankt-Peterburq yaxınlığında, bütün mövsümlərdə fəaliyyət göstərən “İqora” kurortunun ərazisində keçiriləcək. Sammit iştirakçıları ilin yekunlarına toxunacaq və əməkdaşlığın perspektivlərini müzakirə edəcəklər”, – məlumatda bildirilib.