Xəbərlər

Kobaxidze: Zurabişvilini iqamətgahdan zorla çıxarmaq lazım olmayacaq

“Mən ümid edirəm ki, Gürcüstanın prezidenti Salome Zurabişvilini dekabrın 29-da səlahiyyət müddəti başa çatdıqdan sonra iqamətgahından zorla çıxarmaq və həbs etmək lazım olmayacaq”.

“Füyuzat”ın məlumatına görə, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze deyib.

“Zurabişviliyə və digər şəxslərə xəbərdarlıq etmək bizim borcumuzdur.
Hər hansı bir hökumət rejimi repressiyaya deyil, cinayətin qarşısının alınmasına yönəlməlidir. Əgər onu iqamətgahdan zorla çıxarıb cəzaçəkmə müəssisəsinə köçürsək, bu, çox pis bir mənzərə olacaq”, – Kobaxidze əlavə edib.